bazar ertəsi, 08 sentyabr 2025

DÜNYA FUTBOLU

"Borussiya"dan ayrılacaq?

28.03.2021 15:12 Oxundu 448

Dortmund "Borussiya"sının futbolçusu Erling Haalandın atası Old-İnq oğlunun "Mançester Yunayted"ə transfer ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

“CEMPİON.AZ” xəbər verir ki,  o, "Sport1"ə açıqlamasında deyib:

"Mançester Yunayted" son zamanlarda böyük uğurlar əldə edib. Klub hazırda yeni planlar üzərində işləməyə çalışır. Amma indi transferlə bağlı nəsə demək düzgün olmaz. Çünki

Haaland "Borussiya"da oynayır. "Mançester Siti" və "Mançester Yunayted" böyük, və möhtəşım azarkeşlərə malik klublardır. "Mançester Yunayted" "Borussiya" kimi bir klubdur".

Qeyd edək ki, Haalandı "qırmızı şeytanlar"la yanaşı "Mançester Siti", "Çelsi", "Barselona", "Real" və "Bavariya" da heyətinə qatmaq üçün mübarizə aparır.