28.03.2021 16:41
440


"Barselona"nın sabiq futbolçusu Xavi Almaniya millisindən yayda ayrılacaq baş məşqçi Yoahim Lövü Ronald Kumanın yerinə ən doğru namizəd hesab edir.
“CEMPİON.AZ” goal.com-a istinadən xıbər verir ki, o, Lövün "Barselona"da uğurlu ola biləcəyini düşünür:
"Lövün çalışdırdığı Almaniya millisinin oyununu izləyəndə İspaniya və "Barselona"da öyrəndiklərimi xatırlayıram. Onun komandaları bizim alışdığımız tərzdə çıxış edir. Löv "Barselona"nın baş məşqçisi olarsa, onun baxış bucağına və öz xarakterinə görə uğur qazanacağına inanıram. Löv "Barselona" üçün düzgün seçim olar".
Qeyd edək ki, Löv bu yay Avro-2020-dən sonra yığmadan ayrılacağını açıqlayıb. "Barselona"nın isə Ronald Kumanı istefaya göndərəcəyi haqda xəbərlər yayılıb.