bazar ertəsi, 08 sentyabr 2025

DÜNYA FUTBOLU

"Milan" transfer xərclərini dəqiqləşdirdi

28.03.2021 18:51 Oxundu 515


"Milan" rəhbərliyinin klubun yay transfer pəncərəsindəki planları üçün ayıracağı pulun miqdarı dəqiqləşib.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb. "Milan" yay transferləri üçün 100 milyon avro xərcləməyə hazırdır. Klub SSKA-dan Nikola Vlaşiç də daxil olmaqla bir neçə futbolçunu heyətinə qatmaq istəyir.

Qeyd edək ki, "Milan" hazırda 59 xalla A seriyasında 2-cidir.