bazar ertəsi, 08 sentyabr 2025

BİZİM FUTBOL

Stefan Mitroviç: "Azərbaycana soyuq başla getməliyik"

28.03.2021 19:34 Oxundu 600


Serbiya millisinin futbolçusu Stefan Mitroviç DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda Azərbaycanla keçirəcəkləri oyundan danışıb.

"CEMPİON.AZ" xəbər verir ki, 31 yaşlı müdafiəçi ötən gün 2-ci turda Portuqaliya ilə heç-heçə etdikləri matçdan sonra açıqlamasında deyib:

"Azərbaycana soyuq başla getməliyik. Dünya çempionatına bu cür daha zəif rəqiblərlə oyunlarda xallar toplayan komanda gedəcək. Bu, köklənməli olduğumuz oyundur".

Qeyd edək ki, martın 30-da keçiriləcək Azərbaycan - Serbiya görüşü 20:00-da başlayacaq.