bazar ertəsi, 08 sentyabr 2025

DÜNYA FUTBOLU

Almaniya millisinin müdafiəçisi zədələndi

28.03.2021 20:28 Oxundu 468


DÇ-2022-nin seçmə mərhələsində bu gün Rumıniya ilə qarşılaşacaq Almaniya yığması ciddi itki ilə üzləşib.

"CEMPİON.AZ"  xəbər verir ki, yığmanın müdafiəçisi Niklas Süle zədələnib. Bu barədə Almaniya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. 25 yaşlı müdafiəçinin sol budundə əzələ yırtığı aşkarlanıb. Bu səbəbdən yığmanın düşərgəsini tərk edib. O, martın 31-də Şimali Makedoniya ilə keçiriləcək görüşü də buraxacaq.

Bu gün keçiriləcək Rumıniya – Almaniya matçı saat 22:45-də start götürəcək.

Xatırladaq ki, Toni Kroos da zədəli olduğu üçün heyətdən kənarda qalıb.