29.03.2021 10:44
478


Türkiyə millisində 3 futbolçunun koronavirus testi müsbət çıxıb.
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb. Bildirilib ki, DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda İspaniyanın Malaqa şəhərində oynanılan Norveçlə matçdan (3:0) sonra İstanbula dönən "ay ulduzlular"ın heyəti koronavirus testindən keçib. Simptomu olmayan 3 oyunçuda koronavirus aşkarlanıb.
Latviya ilə görüş üçün sabah götürüləcək test nümunələrin ardından sözügedən oyunçuların durumu müəyyənləşəcək. Nəticə yenidən pozitiv çıxacağı təqdirdə, 3 futbolçu millinin heyətindən çıxarılacaq.
Qeyd edək ki, koronavirus aşkarlanan oyunçuların adları açıqlanmayıb.
Xatırladaq ki, martın 30-u keçiriləcək Türkiyə - Latviya görüşü Bakı vaxtı ilə 22:45-də başlayacaq.