bazar ertəsi, 08 sentyabr 2025

DÜNYA FUTBOLU

“Liverpul” türk futbolçularla maraqlanır

29.03.2021 11:40 Oxundu 847

Norveçə iki qol vuran Ozan Tufan və qapıdakı inamlı çıxışı ilə adından söz etdirən Uğurcan Çakırı son Premyer Liqa çempionu yağından izləyir.

“CEMPİON.AZ” “Fanatik”ə istinadən xəbər verir ki, “Liverpul” hər iki futbolçunun oyununu bəyənib.

Malaqada keçirilən matçda ingilis klubu futbolçuları yaxından izləyib. Son qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacaran Uğurcan Niderlandla matçda da Depayın penaltisini qaytarmışdır. Ozan Tufan isə Norveçin qapısına vurduğu iki qolla komandasının qələbəsində böyük pay sahibi olub.

Qeyd edək ki, Türkiyə millisi keçirdiyi son iki matçda qələbə qazanıb. “Ay-ulduzlu”lar hazırda 6 xalla qrup lideridirlər.