bazar ertəsi, 08 sentyabr 2025

DÜNYA FUTBOLU

Ronaldo planda yoxdur

29.03.2021 13:19 Oxundu 980

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo sabiq klubu "Real"a qayıtmayacaq.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə İspaniyanın "Cuartro" telekanalı məlumat yayıb. "Kral klubu"nun 36 yaşlı hücumçunu transfer etmək planının olmadığı bildirilib. Madrid təmsilçisinin hazırda əsas hədəfi Dortmund "Borussiya"sından Erlinq Haalandı və PSJ-dən Kilian Mbappeni almaqdır.

Daha əvvəl isə "Real"ın Ronaldonun keçidini həll etmək üçün ondan maaş güzəştinə getməsini istədiyi barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, Ronaldo "Real"dan "Yuventus"a 2018-ci ilin yayında keçib.