bazar ertəsi, 29 dekabr 2025

DÜNYA FUTBOLU

Levandovski zədələndi

29.03.2021 16:24 Oxundu 525

Polşa millisi ciddi itki ilə üzləşib.

“CEMPİON.AZ” xəbər verir ki, komandanın kapitanı Robert Levandovski sıradan çıxıb. Polşa mətbuatı DÇ-2022-nin seçmə mərhələsinin Andorra ilə oyununda dizindən zədələnən hücumçunun 10 gün meydana çıxa bilməyəcəyini yazıb.

Qeyd edək ki, Polşa millisi seçmə mərhələdə növbəti oyununu martın 31-də İngiltərəyə qarşı keçirəcək.