bazar ertəsi, 08 sentyabr 2025

DÜNYA FUTBOLU

“Bavariya”nın sabiq futbolçusunun yeni klubu bilindi

29.03.2021 16:53 Oxundu 784

"Bavariya"nın sabiq futbolçusu Rafinyanın yeni klubu müəyyənləşib.

“CEMPİON.AZ” xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. O, "Qremio" ilə mövsümün sonuna qədər müqavilə bağlayıb. Bu barədə klubun rəsmi Tvitter səhifəsi məlumat yayıb.

Qeyd edək ki, son klubu "Olimpiakos" olan 35 yaşlı futbolçu 2011-2019-cu illərdə "Bavariya"da çıxış edib və 7 dəfə Bundesliqa çempionluğunu yaşayıb.