çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

DÇ-2022-nin seçmə mərhələsində 11:0 hesablı qələbə

30.03.2021 13:21 Oxundu 510


Kanada millisi DÇ-2022-nin seçmə mərhələsinin KONKAKAF zonası üzrə matçında 11:0 hesabı qələbə qazanıb.

"CEMPION.AZ" xəbər verir ki, komanda 2-ci turuda Kayman adalarını bu hesabla məğlub edib. Sözügedən görüşdə Lukas Daniel Kavalini het-trik edib, Alfonso Devis, Mark-Entoni Kaye dubla imza atıb, Frank Sturinq, Kayl Larin, Devid Vuterspun və Alister Conston hərəyə bir dəfə fərqlənib.

Qeyd edək ki, Kayman adaları ilk turda Surinama 0:3 hesabı ilə uduzub.