çərşənbə axşamı, 09 sentyabr 2025

BİZİM FUTBOL

“Azərbaycanla zarafat etməyin”

30.03.2021 13:51 Oxundu 535

“Azərbaycana tarixi məğlubiyyəti yaşadığımız oyunda meydana əvəzetmədən daxil olmuşdum. Podqoritsada  2:2 hesabı ilə başa çatan görüşdə milli komandada olmamışdım. Həmin vaxt da Azərbaycan ciddi bir komandaya çevrilmişdi. Bakıdakı məğlubiyyətdən sonra baş məşqçimiz Deyan Saviçeviçin istefa verdiyini xatırlayıram".

“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri Srvena Zvezda”nın sabiq kapitanı Nenad Kovaçeviç "danas.rs"ya müsahibəsində deyib.

Serbiya millisinin sabiq üzvü ölkəsinin  yığma komandasının DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla oyun öncəsi fikirlərini bildirib. Bu zaman o,  iki yığma arasında 2013-cü ildə keçirilmiş (Bakıda 2:1, Podqoritsada 2:2) görüşləri də yada salıb. Kovaçeviç həmin zamanda  Azərbaycanı dəyərləndirmədiklərini söyləyib: "Onlara 6:1 və 1:0 hesabı ilə qalib gələndə də həmin matçlar yenə yadıma düşür. Amma o zaman da asan deyildi. Azərbaycan çox yöndəmsiz komanda idi. Onlarla səfərdə oynamağın çətin olacağı bilinirdi. O vaxt da 2003-cü ilə nisbətən daha yüksək səviyyədə idilər və o zamandan bəri daha da irəlilədilər.  2012-ci ildən sonra  Azərbaycanın “Bakı” klubunda oynamışam. Çox güclü çempionatları olduğunu deyə bilərəm. Futbolda ​​davamlı irəliləyirlər. Vaxtilə Robert Prosineçki də Azərbaycan yığmasında çalışıb. Deməli, onlar xaricilərdən öyrənməyə çalışırlar. Portuqaliya Azərbaycanı 1:0 hesabı ilə məğlub etdi. Bu da o deməkdir ki, Azərbaycanla zarafat etməyin, bu, xəbərdarlıqdır”

O bildirib ki,  Serbiya DÇ-2022-nin seçmə mərhələsində iki yaxşı nəticədən sonra arxayınlaşmamalıdır: “Rəqib sanki Almaniyadır. Oyuna bu cür yanaşmaq lazımdır. Heç bir rəqibi qiymətləndirməmək olmaz. Baş məşqçinin buna imkan verməyəcəyinə inanıram, amma yenə də xəbərdarlıq etmək istəyirəm. Lüksemburqun İrlandiyanı məğlub etməsi kifayət qədər xəbərdarlıq olmalıdır. Artıq San-Marino kimi əvvəlcədən məğlub olduğu deyilən milli komandalar yoxdur. Futbol getdikcə çılğınlaşır və əvvəlcədən qazanılan oyunlar qalmayıb”.