30.03.2021 16:24
453


"Mançester Siti" yay transfer pəncərəsində mərkəz hücumçusu almağı planlaşdırır.
“CEMPİON.AZ” Britaniya mətbuatına istinadən xəbər verir ki, Mançester təmsilçisi bu mövqe üçün üç əsas namizəd müəyyənləşdirib. Bunlar Erlinq Haaland ("Borussiya" Dortmund), Harri Keyn ("Tottenhem") və Romelu Lukakudur ("İnter"),
Bildirilib ki, "Barselona"nın hücumçusu Lionel Messinin bu yay "Mançester Siti"yə keçməsi şansı yoxdur .
Xatırladaq ki, komandanın hücumçusu Serxio Aquero mövsüm sonunda klubdan ayrılacağını açıqlayıb.