çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

Millidə daha iki futbolçu koronavirusa yoluxdu

30.03.2021 16:38 Oxundu 427

Polşa yığmasının daha iki futbolçusu koronavirusa yoluxub.

“CEMİON.AZ” xəbər verir ki, bu barədə məlumatı Polşa Futbol Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Yakub Kviatkovski verib.

O bildirib ki, daha əvvəl iki oyunçunun testi pozitiv çıxmışdısa, yeni testin nəticəsinə əsasən, daha iki futbolçuda yoluxma aşkarlanıb. Bu üzdən Mateuş Klix, Lukaş Skorupski, Qrzeqorz

Krixovyak və Kamil Pyatkovski hazırda yığmadan kənardadır.

Qeyd edək ki, Polşa yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sabah İngiltərənin qonağı olacaq.