30.03.2021 21:57
1079


Bu gün DÇ-2022-nin seçmə mərhələsində 3-cü tur başlayıb.
“CEMPİON.AZ” xəbər verir ki, millimiz Serbiya ilə qarşılaşıb.
Bakıda keçirilən matçda qonaqlar qələbə qazanıblar. İlk hissədə Mitroviç millimizin torunu sirkələyib. Fasiləyə qədər başqa qol olmayıb. İkinci hissədə serblərin qapısına təyin edilmiş penaltini qola çevirən Emin Mahmudov hesaba tarazlıq gətirib. Qarşılaşmanın bitməsinə 9 dəqiqə qalmış qonaqlar ikinci dəfə millimizi məyus edib. Mitroviç özünün və komandasının ikinci qolunu vuraraq Serbiya millisinə 3 xal qazandırıb.
Qeyd edk ki, bu məğlubiyyətdən sonra xal üzünə həsrət qalan Azərbaycan yığması qrupda sonuncudur. Bakıda qəlbəyə sevinən Serbiya xal ehtiyatını 7-yə çatdıraraq qrup lideri olub. 4 xalı olan Portuqaliya ikinci, 3 xallı Lüksemburq isə 3-cüdür.
Azərbaycan - Serbiya - 1:2
Qol: Aleksandr Mitroviç, 16 (0:1), Emin Mahmudov, 60-pen. (1:0), Aleksandr Mitroviç, 81 (1:2)
1 | Serbiya
|
3 | 2 | 1 | 0 | 7 | 5 | +2 | 7 |
2 | Portuqaliya | 2 | 1 | 1 | 0 | 3 | 2 | +1 | 4 |
3 | Lüksemburq | 1 | 1 | 0 | 0 | 1 | 0 | +1 | 3 |
4 | İrlandiya | 2 | 0 | 0 | 2 | 2 | 4 | -2 | 0 |
5 | Azərbaycan | 2 | 0 | 0 | 2 | 1 | 3 | -2 | 0 |