31.03.2021 10:24
514

Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyuna çıxıb.
"CEMPİON.AZ" xəbər verir ki, "ay ulduzlular" 3-cü turda Latviyanı qəbul edib. Şenol Günəşin baş məşqçisi olduğu komanda hesabda 3:1 öndə olmasına baxmayaraq, üstünlüyünü sona kimi qoruya bilməyib. Matç 3:3 hesabı ilə başa çatıb.
Türkiyə - Latviya - 3:3
Qollar: Kenan Karaman, 2 (1:0), Hakan Çalhanoğlu, 33 (2:0), Robert Savalniek, 35 (2:1), Burak Yılmaz, 52-pen (3:1), Robert Uldrikis, 58 (3:2), David İkaunieks, 79 (3:3)
Türkiyə millisi G qrupunda 3 turdan sonra 7 xalla liderdir. Niderland 6 xalla 2-ci, Norveç eyni xalla 3-cüdür.
Xatıradaq ki, qardaş ölkə ilk turda Niderlanda 4:2, 2-ci turda Norveçə 3:0 hesabı ilə qalib gəlib.