31.03.2021 10:49
447

Lüksemburq millisi Azərbaycanla oyuna itki ilə çıxacaq.
“CEMPİON.AZ” xəbər verir ki, DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin IV turundakı rəqibimiz Maksim Şanonun xidmətindən məhrum olub.
Buna səbəb futbolçunun cəzalı duruma düşməsidir. O, Portuqaliya ilə bu gün keçirilən III turun qarşılaşmasında (1:3) ikinci sarı vərəqə üzündən qırmızı vərəqə alıb. Buna görə də Şano IV turu buraxacaq.
Qeyd edək ki, Lüksemburq – Azərbaycan oyunu sentyabrın 1-də keçiriləcək.