31.03.2021 11:11
618

Niderland və Norveç üzərindəki qələbələrdən sonra milli komandanı təbrik edən Rəcəb Tayyib Ərdoğan dünən İstanbulda keçirilən Türkiyə - Latviya matçını stadiondan izləyib.
“CEMPİON.AZ” xəbər verir ki, Ərdoğan millinin baş məşqçisi Şenol Günəş və kapitan Burak Yılmazın dəvətini qəbul edərək “Atatürk Olimpiya” stadionuna gəlib.
Millinin oyununu izləmək üçün Ankaradakı proqramlardan sonra İstanbula yollanan Ərdoğan “ay-ulduzlular”ın vurduğu qolları alqışlayıb.