
DÇ-nın seçmə mərhələsində ilk dəfə ardıcıl 3 qələbə qazanmağa iddialı olan Şenol Günəşin komandası bunu bacramayıb.
“CEMPİON.AZ” xəbər verir ki, Türkiyə millisi doğma meydanda Latviya ilə 3:3 hesablı heç-heçə edib.
97 ildir ki, Türkiyə millisi Laviyanı məğlub edə bilmir. Bu kalektivlər ilk dəfə 1924-cü ildə yoldaşlıq oyununda qarşılaşıblar. Həmin matçda türklər 3:1 hesablı qələbəyə seviniblər. İlk görüşdən sonra Türkiyə millisi Latviyanı məğlub edə bilmir.
AVRO-2004-ün seçmə mərhələsində Şenol Günəşin komandası 1:0 hesabı ilə uduzduğu oyundan sonra revanş matçında 2:2-lik heç-heçə etmişdir. Bununla da Latviya millisi Türkiyəni Avropa çempionatından kənarda qoymuşdur.
Qeyd edək ki, Niderland və Norveçi məğlub edən Türkiyə millisi Latviya ilə bacarmayıb.