31.03.2021 16:53
750

Türkiyə millisinin və "Milan"ın futbolçusu Hakan Çalhanoğlu ötən gecə DÇ-2022-nin seçmə mərhələsində Latviya ilə heç-heçə etdikləri matç (3:3) barədə fikirlərini bölüşüb.
“CEMPİON.AZ” xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bu haqda öz Tvitter hesabında paylaşım edib. O, sözügedən görüşdə qalib gəlmədikləri üçün bütün komandanın məyus olduğunu bildirib: "Dünən gecə çox pis olduq. Heç birimizin gözünə yuxu getməyib. Ancaq bu o demək deyil ki, biz çalışmaqdan əl çəkəcəyik. Biz özümüzə inanırıq və ölkəmizin dəstəyini daim hiss edirik. Heç kim bizim hədəfimizə çatmaq üçün mübarizə aparacağımıza şübhə etməsin".
Qeyd edək ki, hazırda Türkiyə G qrupunda 7 xalla liderdir.