31.03.2021 17:27
436

"Barselona"nın futbolçusu Jerar Pike zədəsini sağaldıb.
“CEMPİON.AZ” "Marca"ya istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi komanda ilə məşqlərə başlayıb. İspaniyalı oyunçunun aprelin 10-da "Real"la matçda iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Pike martın 3-dən bəri meydana çıxmır. O, bu mövsüm 11 matç keçirib.