çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

İtaliyada ilin futbolçusu seçildi

31.03.2021 18:35 Oxundu 440


İtaliya A seriyasında mart ayının ən yaxşı futbolçusu müəyyənləşib.

“CEMPİON.AZ” qurumun rəsmi saytına istinadən xəbər verir ki, ötən ayın ən yaxşısı "Napoli"nin futbolçusu Lorenzo İnsine seçilib. 29 yaşlı hücumçu mart ayında 4 matçda 3 qol vurub və 1 qolun ötürməsini verib. Həmçinin İnsine bu mövsüm "Napoli"nin ayın futbolçusu mükafatı alan ilk oyunçusudur.

Qeyd edək ki, İnsine bu mövsüm ümumilikdə 37 matçda 13 qol vurub və 7 qolun ötürməsini verib.