çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

“Milan” qapıçı ilə razılığa gələ bilmir

31.03.2021 20:36 Oxundu 594

"Milan" hələ də yayda azad agent ola biləcək qapıçı Canluici Donnarumma ilə yeni müqavilə barədə razılığa gələ bilmir .

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə "Sky Sport İtalia" məlumat yayıb. Bildirilib ki, klub italiyalı qolkiperə illik 7 milyon avro maaş alacağı müqavilə təklif edib, amma o, bunu rədd edib. Çünki  Donnarumma daha çox pul qazanmaq istəyir.

Nəşr yazıb ki, oyunçu və ətrafı hazırda gözləmə mövqeyini nümayiş etdirir. Canluici komanda 2021/22 mövsümü üçün Çempionlar Liqasında oynamağa vəsiqə qazanmağı bacararsa, "Milan"ın bu təklifi artırmağa hazır olub-olmadığını bilmək istəyir.

Klub isə qapıçının irəli sürülən şərtlərlə razılaşacağına ümid edir.