01.04.2021 13:49
481


"Real"ın kapitanı Serxio Ramos Madrid klubundakı gələcəyi barədə danışıb.
“CEMPİON.AZ” "Marca"ya istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Diqqətimi yaxşı oynamağa, ən yüksək formamı göstərməyə yönəltmişəm. Gələcəyimlə bağlı mövzü hazırda aktual deyil. Bununla əlaqədar yeni xəbər yoxdur, amma yenilik olanda ilk danışan mən olacağam".
Qeyd edək ki, 35 yaşlı müdafiəçinin Madrid təmsilçisi ilə müqaviləsi bu ilin yayı başa çatır.