01.04.2021 15:46
639


"Tottenhem"in hücumçusu Son Hın-Min yayda "Bavariya"nın oyunçusu ola bilər.
“CEMPİON.AZ” "Football Insider"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi 28 yaşlı futbolçu və London klubu arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar ətrafında yaranmış vəziyyəti yaxından izləyir.
"Tottenhem"in cənubi koreyalı oyunçuya həftədə 200 min funt sterlinqdən çox maaş alacağı 5 illik müqavilə təklif etdiyi qeyd olunur. Ancaq Son bu təklifi hələ dəyərləndiyməyib.
O, bu təklifi qəbul etməyəcəyi təqdirdə, "Bavariya" yaxşılaşdırılmış şərtlərlə oyunçu ilə müqavilə imzalamağa çalışacaq.
Qeyd edək ki, Son 2015-ci ilin avqustundan "Tottenhem"də oynayır.