01.04.2021 16:48
502


“Lill”də forma geyinən Türkiyə milli komandasının üzvü Yusuf Yazıcı Avropa Çempionatınıda iştirak edəcəyini gözləyir.
“CEMPİON.AZ” xəbər verir ki, bu haqda futbolçu özü danışıb.
“Avropa Çempionatı məni gözlədi. Bizim üçün çox gözəl olacaq. Hər futbolçunun və hər gəncin xəyalıdır ki, həm milli forma geyinsin, həm də böyük turnirlərdə oynasın. Çox xoşbəxtəm və dörd gözlə o anı gözləyirəm. Yaxşı şeylər olacağını düşünürəm”.
Qeyd edək ki, Yusuf Yazıcının zədə səbəbi ilə AVRO-2020-ni buraxcağı gözlənilirdi. Lakin pandemiya səbəbi ilə çempionat 2021-ci ildə keçiriləcək.