çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

Ramos zədələndi

01.04.2021 17:36 Oxundu 623

İspaniya millisinin və "Real"ın futbolçusu Serxio Ramos yenə zədələnib.

“CEMPİON.AZ” klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi ayaq əzələsindən zədə alıb. Oyunçu təxminən 1 ay yaşıl meydanlardan uzaqda qala bilər. Bu da o deməkdir ki, Ramosun martın 6-da Çempionlar Liqasının 1/4 finalında "Liverpul"la, 10-da La Liqada isə "Barselona" ilə matçı buraxma ehtimalı var.

Qeyd edək ki, Ramos bu mövsüm 15 matçda 2 qolun ötürməsini verib.