01.04.2021 18:48
976


Yayda İspaniya nəhəngi “Real Madrid”də prezident seçkiləri keçiriləcək.
“CEMPİON.AZ” xəbər verir ki, Madrid klubu seçkilərə hazırlaşır.
Hazırda “Real” prezidenti olan 74 yaşlı Florentina Perez 2000-ci ildən bugünə qədər kluba rəhbərlik edir. 2017-ci ildəki seçkilərdə Perezə rəqib olmayıb.
İspaniya mətbuatı Florentina Pereze qarşı ən iddialı rəqib kimi “Çox Energy” firmasının əsas səhmdarı olan Enri Riquelmeni göstərirlər.
Qeyd edək ki, koronavirusla əlaqədar olaraq digər klublarda olduğu kimi “Real”da iqtisadi olaraq sıxıntılı dövr keçirir. “Qalaktikos” 40 ildən sonra 2020 – 2021 mövsümündə transfer etməyib.