çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

Türkiyə millisində 12 yoluxma qeydə alınıb

01.04.2021 19:25 Oxundu 462

Türkiyə millisində koronavirusa yoluxanların sayı artmaqdadır.

“CEMPİON.AZ” "ntvspor"a istinadən xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsində Latviya ilə oyundan sonra daha 4 futbolçunun testi pozitiv çıxıb. Yoluxanların adları açıqlanmayıb.

Seçmə mərhələnin əvvəlki matçları ərəfəsində isə 8 oyunçuda - İrfancan Kahveci, Nazım Sangare, Merih Demirel, Zeki Çelik, Cenk Tosun, Kaan Ayhan, Dorukhan Toköz ve Emre Kılınçda virus aşkarlanmış və onlar heyətdən kənarlaşdırılmışdılar.

Virus aşkarlanan ölkə xaricində çıxış edən futbolçular klublarına qayıtmayıblar. Onlar bir müddət milli komandanın bazasında müalicə olunacaqlar. Bir həftə sonra isə klublarına qayıdacaqlar.