çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

Ozan Tufan Premyer Liqa klublarının hədəfində

02.04.2021 11:15 Oxundu 763


Premyer Liqa klubları Ozan Tufanı transfer etməyə çalışırlar. Yayılan xəbərlərə görə,  “Everton” futbolçu üçün təklif göndərib.

“CEMPİON.AZ” İngiltərə mətbuatına istinadən  xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Everton”la yanaşı “Lester Siti” və “Kristal Palas”ın da diqqətini çəkib.

Xəbərdə “Fənərbaxça”nın Ozan Tufan üçün ən azı 20 milyon avro tələb etdiyi də bildirilir.

Qeyd edək ki, futbolçu “Fənərbaxça”da çıxıdğı 27 Superliqa matçında 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyə millisinin heyətində Norveçin qapısına iki dəfə yol tapan yarımmüdafiəçi komandasının qələbəsində böyük pay sahibi olub.