çərşənbə axşamı, 09 sentyabr 2025

BİZİM FUTBOL

Əliyar Ağayev Superliqada oyun idarə edəcək

02.04.2021 12:49 Oxundu 540

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının vacib oyununa təyinat alıb.

“CEMPİON.AZ” Yunanıstan mətbuatına istinadən xəbər verir ki, o, çempionluq qrupunun 2-ci turu çərçivəsində aprelin 4-də keçiriləcək “Panatinaikos” – PAOK oyununu idarə edəcək. Zeynal Zeynalov və Akif Əmirəli isə Əliyar Ağayevin köməkçiləri olacaq.

Xatırladaq ki, bu hakimlərimiz ötən mövsüm, fevralın 2-də keçirilən "Panatinaikos" - PAOK matçını da idarə ediblər. Bundan başqa, Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası 2019-cu ilin mart ayında Superliqada PAOK - "Atromitos" matçına da təyinat almışdı.