çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

50 zədəli futbolçu

02.04.2021 14:46 Oxundu 835

“Real”da bu mövsüm qeyri-adi statistika qeydə alınıb.

“CEMPİON.AZ” xəbər verir ki, Madrid klubunda zədəli futbolçuların sayı komandanın mövsüm ərzində vurduğu qollardan çoxdur.

Son olaraq kapitan Serxio Ramosun 1 aylıq sıradan çıxdığı məlum olub. Bu, “Real”ın mövsümdə 50-ci zədəlisi olub. La Liqada 3-cü pillədə qərarlaşan “kral klubu”nun bu mövsümdə qol sayı isə 49-dur.

Qeyd edək ki, hazırda komandada Ramosla yanaşı, Eden Hazard Toni Kroos, Mariano Diaz, Alvaro Odriosolo və Federiko Valverde də zədəlidir.