çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

Üç futbolçusunu cəzlandırdı

02.04.2021 15:29 Oxundu 451

“Yuventus” üç futbolçusu – Paulo Dibala, Ueston Makkeni və Artur Ramosu cəzalandırıb.

“CEMPİON.AZ” “Football İtalia” nəşrinə istinadən xəbər verir ki, hər üç oyunçu karantin qaydalarını pozduqları üçün “Torino” ilə sabahkı matç üçün heyətdən çıxarılıb. Bundan başqa, hər üç futbolçu cərimə də edilib.

Xatırladaq ki, Makkeni İtaliyada tətbiq edilən komendant saatına məhəl qoymayaraq, bir neçə gün əvvəl evində parti təşkil etmiş və Dibala ilə Artur da məclisdə iştirak etmişdi.