çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

“O, "Real" üçün bir oyunçu və kapitan kimi vacibdir"

03.04.2021 14:39 Oxundu 595


"Real"ın baş məşqçisi Zinəddin Zidan komandanın kapitanı Serxio Ramosun zədələnməsi haqqında danışıb.

“CEMPİON.AZ” AS-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis 34 yaşlı ispaniyalı müdafiəçinin belə tez-tez sıradan çıxmasının səbəbinin nə "kral klubu"nda, nə də milli komandada olduğunu deyib:

"Serxionun zədələnməsində heç kim günahkar deyil - nə milli komanda, nə də "Real". Zədələr futbolun sevilməyən tərkibidir. Amma belə şey olanda onu qəbul etməlisən. Ramosun ən qısa zamanda qayıtmasını istəyirik. O, "Real" üçün bir oyunçu və kapitan kimi vacibdir".

Qeyd edək ki, bundan əvvəl Ramosun zədə səbəbindən təxminən 1 ay yaşıl meydanlardan uzaqda qalacağı bildirilib.