çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

“İnter” Lukakunun qiymətini dedi

03.04.2021 16:28 Oxundu 577

Belçika milli komandasının futbolçusu Romelu Lukaku klubunu dəyişə bilər.

“CEMPİON.AZ” xəbər verir ki, hücumçunun yay transfer pəncərəsində “İnter”dən ayrılacağı gözlənilir.

Belə ki, İtaliya təmsilçisi Lukakunu satmaq niyyətindədir. Ciddi maliyyə çətinlikləri ilə üzləşən Milan klubu futbolçunun satışından yaxşı vəsait əldə edəcəyinə ümidlidir.

A seriyası təmsilçisi Romelu üçün 120 milyon avro istəyir. 2019-cu ildə “Mançester Yunayted”dən 74 milyona alınan belçikalının satışı klubun maliyyə durumunu yaxşılaşdırmalıdır.

Qeyd edək ki, “İnter”də 85 matç keçirən Lukaku 59 qol vurub.