çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

Özilin qayıdacağı gözlənilir  

03.04.2021 15:48 Oxundu 444


"Fənərbaxça"nın futbolçusu Məsut Özil zədəsini sağaltmaq üzrədir.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçinin fərdi məşqlərə başladığı bildirilib. Onun yaxın müddətdə yaşıl meydanlara qayıdacağı gözlənilir.

Qeyd edək ki, Özil Superliqanın 22-ci turunda "Antalyaspor"la matçda zədələnmişdi. O, görüşə davam edə bilməyib, meydanı xərəkdə tərk etmişdi.