03.04.2021 19:33
471


Azərbaycan Premyer Liqasında 21-ci tura start verilib.
CEMPİON.AZ” xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. “Səbail” doğma meydanında “Zirə”ni qonaq edib. Qarşılaşmada qol vurulmayıb. Komandalar hərəyə bir xalla kifayyətləniblər.
Qeyd edək ki, “Səbail” 19 xalla 6-cıdır. “Zirə” isə topladığı 31 xalla 3-cü pillədədir. Aktivində 42 xal olan “Neftçi” və “Qarabağ” liderliyi bölüşürlər.
“Səbail” – “Zirə” - 0:0