çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Aftandil Hacıyev  - “Təəssüf ki, son nöqtəni qoya bilmədik”

03.04.2021 20:47 Oxundu 407

"Fasilədən sonra bilirdik ki, çempionata köklənmək futbolçular üçün çətin olacaq. Bu gün 3  oyunçumuz müxtəlif səbəblərdən matçda iştirak edə bilmirdi. Hendrik Ekşteyn, Əfran İsmayılov və Ruslan Hacıyevin yoxluğunu daha çox hiss edirdik".

“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 21-ci turunda evdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri  oyundan sonra mətbuat konfransında deyib.

O, rəqibin fərqli sistemlərlə oynadığını bildirib: "İlk 20-25 dəqiqədən sonra rəqibin oyununa öyrəşdik. Amma"Zirə" ilk yarıda daha üstün oyun göstərdi. Fasilədən sonra qol epizodlarımız artdı. Təəssüf ki, son nöqtəni qoya bilmədik. Ümumən futbolçularımın oyunundan və məsuliyyətli olmasından razıyam. Bu dövrədə fərqli “Zirə” görürük. Hesab edirəm ki, 1 xal qazandıq".

Hacıyevin sözlərinə görə, “Səbail”, “Zirə” səviyyəsində komandaların sayının 12-yə çatdırılması mümkündür: "Bu gün biz ən az büdcəylə mübarizə aparırıqsa, yəqin ki, mümkündür. Hesab edirəm ki, say artacağı təqdirdə, yeni komandaların bölgələri təmsil etməsi daha faydalı olar".