03.04.2021 21:49
488


“Real Madrid” La Liqanın 29-cu turunda “Eybar”ı qəbul edib.
“CEMPİON.AZ” xəbər verir ki, Zinəddin Zidanın komandası qonaq komandanın qapısından iki cavabsız qol keçirib. Asensio 41-ci dəqiqədə ilk qolun müəlifi olub. Komandalar fasiləyə bu hesabla yollanıblar. 73-cü dəqiqədə Benzema rəqib qapısına yol tapıb.
Qeyd edək ki, aktivində 66 xal olan “Atletiko” turnir cədvəlinə liderlik edir.“Real” bu qələbə sayəsində xal ehtiyatını 63-ə çatdıraraq 2-ci pilləyə yüksəlib. “Barselona” isə 62 xalla ilk üçlüyü tamamlayır.
"Real" - "Eybar" - 2:0
Qollar: Asensio, 41, Benzema, 73