çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

PSJ məğlub oldu

03.04.2021 22:01 Oxundu 653

Fransa çempionatının 31-ci turunda PSJ “Lill”i qəbul edib.

“CEMPİON.AZ” xəbər verir ki, matçda bir qol vurulub. 20-ci dəqiqədə David meydan sahiblərini məyus edib. İlk hissədə başqa yadda qalan hadisə olmayıb. Fasilədən sonra tərəflərdən heç  biri fərqlənə bilməyib. Sonda Neymar və Dyalo meydandan qovulublar.

Qeyd edək ki, qələbə qazanan “Lill” 66 xalla turnir cədvəlinə liderlik edir. 63 xalı olan PSJ 2-cidir. Aktivində 62 xal olan “Monako” ilk üçlüyü tamamlayır.

PSJ - "Lill" - 0:1
Qol: David, 20
Qırmızı vərəqələr: Neymar, 90-iki sarı vərəqə (PSJ), Dyalo, 90+1 ("Lill")