çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

Əliyar Ağayev 7 sarı vərəqə göstərdi

05.04.2021 10:31 Oxundu 488

Əliyar Ağayev Yunanıstan Superliqasının çempionluq qrupunun oyununda 7 sarı vərəqə göstərib.

 “CEMPİON.AZ” xəbər verir ki, o, 28-ci turda “Panatinaikos” – PAOK matçında baş hakim olub. Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olub. Afinadakı "Apostolos Nikolaidis" stadionunda keçirilən qarşılaşmada meydan sahibləri böyükhesablı qələbəyə seviniblər - 3:0. Ağayev 3 dəfə meydan sahiblərini,  4 dəfə isə qonaqları cəzalandırıb. 

Qeyd edək ki,  "Panatinaikos" 49 xalla 4-cü, PAOK 50 xalla 3-cüdür.