çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

“Çelsi”nin matçında dava düşüb

05.04.2021 11:49 Oxundu 520

"Çelsi"nin ötən gün keçirilən məşqində qalmaqal baş verib.

“CEMPİON.AZ” "The Telegraph"a istinadən xəbər verir ki, hazırlıq prosesində qapıçı Kepa Arrisabalaqa ilə müdafiəçi Antonio Rudiqer arasında mübahisə olub.

Oyunçular arasında qarşıdurma əlbəyaxa həddə çatmasa da, gərginlik artdıqda baş məşqçi Tomas Tuhel bu vəziyyətə müdaxilə edib və Rudiqeri məşqdən qovub.

Qeyd edək ki, Premyer liqada ötən tur "Vest Bromviç"ə uduzan (2:5) "Çelsi" növbəti matçını Çempionlar Liqaslnln 1/4 finalında aprelin 7-si "Porto"ya qarşı keçirəcək.