05.04.2021 12:26
430


Çexiya 2-ci divizionunda 16-cı turun oyunları keçirilib.
“CEMPİON.AZ” xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) səfərdə “Hradeç Kralove” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 2:4.
Fərid də bu qarşılaşmada iştirak edib. Baş məşqçi ona 46-cı dəqiqədə oynamaq çansı verib.
Qeyd edək ki, 16 turdan sonra 22 xala malik “Viktoriya” 7-ci pillədə qərarlaşıb.