çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

Kavaninin əvəzinə İkardi

05.04.2021 13:23 Oxundu 652


“Mançester Yunayted” ümidləri doğrultmayan Edinson Kavaninin əvəzinə Mauro İkardini komandaya gətirmək istəyir.

"CEMPİON.AZ" “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Mançesterlilər hücum xəttində dəyişiklik etmək niyyətindədir.

 Yayda PSJ-dən transfer etdikləri Edinson Kavani gözlənilən oyunu sərgiləyə bilmir. Buna görə, futbolçu mövsümün sonunda klubdan ayrıla bilər. “Qırmızı şeytanlar” onun əvəzinə PSJ-nin digər futbolçusu Mauro İkardinin keçidində maraqlıdırlar.
 
Qeyd edək ki, Mauro İkardi ilə İatliya klubları “Yuventus” və “Roma”da maraqlanır.