çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

Kvaratsxeliya “Milan” yolunda

05.04.2021 15:51 Oxundu 526

“Rubin”də çıxış edən gürcü futbolçu Xviça Kvaratsxeliya “Milan”a keçə bilər.
 
“CEMPİON.AZ” “Tuttomercato”ya istinadən xəbər verir ki, Futbolçunun  agenti yaxın günlərdə “rossoneri” ilə danışıqlar aparmaq üçün İtaliyaya gedəcək.
 
Hücumameyilli yarımmüdafiəçi ilə “Napoli” və “Yuventus”da maraqlanır. Lakin “Milan” vingeri transfer etməkdə israrlıdır. Bundesliqa klubları da Gürcüstan millisinin futbolçusunun xidmətindən yararlanmaq istəyirlər. Almaniya təmsilçilərindən “Bavariya” və Borussiya” komandaları Kvaratsxeliyanı diqqətdə saxlayırlar.
 
Xviça Kvaratsxeliya “Rubin”in heyətində 20 oyuna 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Kazan təmsilçisi ilə 2024-cü ilə qədər müqaviləsi olan futbolçunun qiyməti 10 milyon avro məbləğində dəyərləndirilir.