06.04.2021 10:45
562


İspaniya La Liqasında 29-cu turun oyunları keçirilir.
“CEMPİON.AZ” xəbər verir ki, bu gün "Barselona" öz meydanında "Valyadolid"I qəbul edib. Kataloniya klubu bu görüşdə çətin də olsa qələbə qazana bilib - 1:0.
Qeyd edək ki, xallarının sayını 65-ə çatdıran "Barsa" "Real"ı qabaqlayaraq 2-ci pilləyə yüksəlib. "Real"ın 64, lider "Atletiko"nun isə 66 xalı var.
"Barselona" - "Valyadolid" - 1:0
Qol: Dembele, 90