06.04.2021 12:43
608


“Mançester Siti”də forma geyinən türk əsilli futbolçu İlkay Gündoğan gələcəyi ilə bağlı danışıb. Yarımmüdafiəçi karyerasını Premyer Liqa klubunda yekunlaşdıra biləcəyinə işarə edib.
“CEMPİON.AZ” xəbər verir ki, “şəhərlilərin” heyətində yaxşı mövsüm keçirən İlkay planlarını da açıqlayıb.
Futbolçu Almaniya mətbuatına açıqlamasında bunları deyib.
“Mançester Siti” ilə iki illik müqaviləm var. Burada özümü evimdəki kimi hiss edirəm. Daha yaxşısını düşünə bilmirəm. Çox güman ki, müqavilə bağlayacağım növbəti klub karyeramı bitirəcəyim yer olacaq”.