çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

Xuan Mata ilə 1 illik müqavilə

06.04.2021 16:17 Oxundu 575

"Mançeste Yunayted" futbolçusu Xuan Mata ilə müqaviləni yeniləməyə hazırlaşır.

“CEMPİON.AZ” "Daily Star"a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçiyə kifayət qədər oyun şansı verilməsə də, o, baş məşqçi Ole Qunnar Sulşerin planlarına daxildir. Buna görə də "qırmızı şeytanlar" Mata ilə 1 illik yeni sözləşmə imzalayacaq. Klubun əsas hədəfi isə müqavilədən sonra yayda ispaniyalı oyunçunu uyğun qiymətə satmaqdır. Premyer Liqa təmsilçisi futbolçuya görə 5 milyon avro tələb etməyi planlaşdırır.

Qeyd edək ki, Mata bu mövsüm bütün turnirlərdə 12 matçda 2 qol vurub və 3 qolun ötürməsini verib.