çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

Matteyis De Liqtin qiyməti

06.04.2021 16:47 Oxundu 549

"Yuventus"un futbolçusu Matteyis De Liqtin təzminat qiyməti açıqlanıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə məşhur idman jurnalisti Fabrizio Romano məlumat yayıb. 21 yaşlı müdafiəçi əgər klubdan sözləşməsi başa çatmamış ayrılmaq istəsə, onu transfer etmək istəyən klub 150 milyon avro ödəməli olacaq. Bildirilib ki, Turin təmsilçisi niderlandlı oyunçunu komandanın əsas futbolçularından hesab edir və onu buraxmaq niyyətində deyil.
Transfermarkt isə De Liqtin satış dəyərini 75 milyon avro kimi qiymətləndirir.

Qeyd edək ki, De Liqt bu mövsüm 25 matç keçirib.