çərşənbə axşamı, 09 sentyabr 2025

DÜNYA FUTBOLU

“Liverpul”la oyunu buraxacaq

06.04.2021 17:20 Oxundu 599

İspaniyanın “Real” klubu Çempionlar Liqasının bu gün keçiriləcək “Liverpul”la görüşü ərəfəsində ciddi itki ilə üzləşib.

“CEMPİON.AZ” xəbər verir ki, Madrid təmsilçisi Rafael Varanın xidmətindən məhrum olub.
Fransalı müdafiəçi koronavirusa yoluxub. Testi müsbət nəticələnən Varan 1/4 finalın ilk görüşündə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, bərpa prosesi keçən Serxio Ramos da bugünkü qarşılaşmanı buraxacaq.